Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva oktyabrın 15-də Moskvadakı Azərbaycan və gürcü etnik-mədəni təhsil komponentli 1331 №-li məktəbdə olub.
Leyla Əliyeva məktəbin müəllim və şagirdləri ilə görüşüb, Heydər Əliyev Fondunun ölkəmizin təhsil sisteminin inkişafı sahəsində fəaliyyəti, Fondun Rusiyadakı nümayəndəliyinin xaricdəki Azərbaycan məktəblərinin dəstəklənməsinə yönəlmiş işləri barədə məlumat verib. O, son illərdə Fondun təhsil proqramı çərçivəsində ölkəmizdə müasir tipli 200-dən çox ümumtəhsil məktəbinin tikildiyini və yenidən qurulduğunu, bu işlərin fəal surətdə davam etdirildiyini söyləyib. Leyla Əliyeva ilk dəfə gəldiyi bu məktəbi bundan sonra daim diqqət mərkəzində saxlayacağını, qarşıya çıxan problemin həllinə lazımi kömək göstərəcəyini bildirib.
Məktəbin direktoru Validə Məmmədova Leyla Əliyevaya bu kollektivə diqqətinə görə təşəkkür edib, Azərbaycan-gürcü məktəbinin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, azərbaycanlı və gürcü uşaqlar yaxşı oxumaqla bərabər, bir-birini başa düşür və dəstəkləyir, informasiya mübadiləsi aparırlar. Görüşdə gürcü dilində təhsil qrupunun müəllimləri də çıxış edib, Heydər Əliyev Fondunun nümayəndəliyinin bu məktəbə göstərdiyi diqqətdən məmnun olduqlarını bildiriblər.
Sonda uşaqlar Azərbaycan, rus və gürcü dillərində musiqili-ədəbi kompozisiya ilə çıxış ediblər.
Leyla Əliyeva məktəbin kitabxanası və muzeyi ilə də tanış olub. O, məktəb muzeyinə Heydər Əliyev Fondu haqqında kitabın suvenir nəşrini və nəfis tərtibatlı “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə edib.