Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sentyabrın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012-nin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının - FİFA-nın prezidenti Yozef Blatter ilə görüşdülər.
Çempionatın açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış etdi. Sonra dünya şöhrətli müğənni Cenifer Lopezin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırdı.
Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşadək qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil oldular.
Prezident İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzuladılar.
Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başladı.
Beləliklə, Azərbaycan daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi edir. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır.
Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçiriləcək. Çempionat üçün altı stadion ayrılıb. Bunlardan beşi Bakıda, biri isə Lənkəranda yerləşir.