Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii proqram ilə çıxış edib.
Şair, böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib.
Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.