Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.
Görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.
Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.