Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik “Nə? Harada? Nə vaxt?” turniri təşkil edilib.
Builki turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyinə həsr edilib.
İntellektual turnirdə 150 nəfəri birləşdirən 26 komanda iştirak edib. Turnirin aparıcısı, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov bu turnirin təşkilinin dəstəklənməsinə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirib. R.Əsgərov bu cür tədbirlərin müasir Azərbaycan gəncləri üçün vacibliyini vurğulayıb.
İntellektuallar yarışının iştirakçılarına verilən suallar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı suallar da var idi.
Turnirdə Rusiya Dövlət Vergi Akademiyasının komandası qalib gəlib. İkinci yeri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandası tutub.
Qaliblərə “Baku” jurnalı adından hədiyyələr təqdim edilib.