Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.
Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.