Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.
“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltaraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. “Məsuliyyət radiusu” adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.