Yanvarın 15-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgiyə baxıblar.
“YARAT” Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada – “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdi.
Sərgidə bir qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdirilir.
“PAT vəziyyəti” sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır.
Sərgi fevralın 16-dək davam edəcək.