MDBMİ-nin rektoru: “Azərbaycan böyük qonaqpərvərlik göstərdi”
23/04/2013

Azərbaycan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının I Ümumdünya forumunda böyük qonaqpərvərlik göstərdi. Bunu Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, MDBMİ-nin rektoru, Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının prezidenti Anatoli Torkunov "Qolos Rossiya"ya müsahibəsində deyib.

"Bakıda azərbaycanlı məzunlar bizi qonaqpərvərlik və sevgi ilə qəbul etdilər. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin MDBMİ-nin məzunu olması amili heç də az rol oynamır" , - deyə Torkunov qeyd edib.

Torkunov deyib ki, Azərbaycanda MDBMİ-ni hələ sovet dövründə bitirən xeyli sayda məzun var.

Onun sözlərinə görə, onlardan çoxu SSRİ Xarici İşlər Nazirliyində, sovet təşkilatlarında işləyiblər, lakin Azərbaycan müstəqillik əldə etdikdən və möhkəmləndikdən sonra onlardan çoxu ölkədə qaldılar və hazırda onları demək olar ki, hər yerdə - dövlət korporasiyalarında, elm və təshil sahələrində görmək olar.

Torkunov bildirib ki, onlar forum zamanı müstəsna təçşkilatçılıq qabilləyəti, isti münasibət göstərdilər.

"Dünyanın müxtəlif ölkələrindən məzunların görüşü həqiqətən də ilk böyük hadisədir. Yalnız hələ indi biz forumda nə qədər məzunun iştirak etdiyini hesablamışıq. Onlardan çoxu saytımızda, Azərbaycan MDBMİ-nin Məzunlar Assosiasiyasının saytında müvafiq elanı görərək sərbəst şəkildə gəlmişdilər. Forumda 34 ölkədən 550-dən artıq məzun iştirak edib" , - Torkunov vurğulayıb.

Qeyd edək ki, MDBMİ-nin məzunlarının I Ümumdünya forumu aprelin 12-də Bakıda keçirilib.