İtaliyanın paytaxtı Roma şəhərində dünyanın 45 ölkəsindən gəlmiş 350 azərbaycanlı gəncin, eləcə də İtaliyanın aparıcı gənclər təşkilatlarını təmsil edən 20 gənc liderin iştirakı ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin (ASAIF) Beynəlxalq Forumu keçirilib.
Forum çərçivəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Layihələr Departamentinin rəhbəri Sevinc İskəndərova son illər ərzində "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası haqqında geniş təqdimatla çıxış edib.
İskəndərova öz çıxışında kampaniyanın əldə etdiyi uğurlardan bəhs edib, xüsusilə, xaricdə təhsil alan azərbaycanlı gəncləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və kampaniyanın işində fəal olmağa çağırıb.
"Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb, hazırda dünyanın 35-dən çox ölkəsində faciənin mənəvi və hüquqi-siyasi tanınmasına yönəldilib.