Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
10/05/2013

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Mərasim konsert proqramı ilə davam etdi.