Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzinin açılış mərasimi olub.
Mərasimdə IDEA Ətraf Mühit Kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Akademiyanın rəhbərliyi və tələbələr iştirak ediblər.
Leyla Əliyeva resurs mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Resurs mərkəzi ilə tanış olan Leyla Əliyevaya məlumat verildi ki, burada müasir texnologiyalar, zəruri elektron və elmi vasitələr istifadəyə verilib. Mərkəz tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında indidən düşünməyə, fikir mübadiləsi aparmağa və zəruri biliklər əldə etməyə imkan yaradacaq.
Diqqətə çatdırıldı ki, resurs mərkəzi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni fəaliyyət istiqamətlərinin seçilməsinə, onların gələcək peşəkar həyata daha fərqli düşüncə ilə qədəm qoymasına mühüm töhfə verəcək. İnsanlar kiçik yaşlarından ətraf mühitlə bağlı biliklərə yiyələnməli, özləri üçün davranış qaydaları müəyyənləşdirməlidirlər. Eyni zamanda, gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.
Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Leyla Əliyeva Akademiyanın kollektivinə uğurlar arzuladı.