Avstriyanın “Society” jurnalında “Bakıya uçuş” sərgisinə dair geniş məqalə dərc olunub
05/08/2013

Avstriyanın “Society” jurnalında “Bakıya uçuş” sərgisinə dair geniş məqalə dərc olunub

Vyananın İncəsənət tarixi müzeyində Azərbaycanın 21 müasir rəssamının əl işlərinin nümayiş olunduğu “Bakıya uçuş” sərgisi açılıb. “İncəsənət bütün dünya ilə danışmağa, insanlara ünsiyyət qurmağa, mədəniyyət və ənənələri beynəlxalq sərhədlər çərçivəsindən kənara çıxarmağa imkan verən universal bir dildir”. Bu sözləri, Vyananın İncəsənət tarixi müzeyinə “Bakıya uçuş” sərgisini təşkil etmiş  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib. Artıq Roma, Moskva, London və Parisdə təqdim olunmuş sərgi, xanım Əliyeva, layihənin kuratoru Herve Mikaeloff və muzeyin Sərgi bölməsinin rəhbəri Kristian Şults tərəfindən açıq elan edilib.

“Sənət, mənim həmişə həssaslıqla yanaşdığım sahədir. Mən çox şadam ki, bu sərgi Azərbaycandan olan istedadlı rəssamlara öz əsərlərini dünyaya nümayiş etdirmək üçün imkan yaradır. Vyanada, qədim tarixə malik bu gözəl şəhərdə olmaqdan biz çox məmnunuq. Bu şəhər Avropanın mühüm mədəni sütunlarından biridir”

- Leyla Əliyeva

Ölkənin yaradıcılıq ruhu

“Bakıya uçuş” sərgisində müasir Azərbaycanın 21 çağdaş rəssamının əl işləri nümayiş olunur. Kristian Şults ölkələr arasında əlaqələr barədə vurğulayarkən deyib: “Dərin köklərə malik ənənə və mədəniyyətə bağlı parlaq müasirlik Azərbaycanla Avstriyanı birləşdirən halqadır”.

Videodan fotoya, rəsmdən qrafik əl işlərinə qədər janrları əhatə edən sərgidəki incəsənət nümunələri öz cəlbediciliyi və fərqliliyi ilə insanı valeh edir. Karyerası ərzində, Londonda fəaliyyət göstərən “Louis Vuitton” moda imperiyasında çalışmış sərginin kuratoru, Herve Mikaeloff rəssamlarla görüş barədə olan təəssüratları və onların əl işlərindən əks olunan enerji barədə danışıb.

Cənab Mikaeloff Azərbaycan incəsənətinin ölkənin xüsusiyyətlərini necə əks etdirdiyini vurğulayıb. Bu Qərb incəsənəti meylləri ilə XX əsr Sovet avanqard təsirinin birləşmə nöqtəsidir. Sərgidə təmsil olunan rəssamların əl işlərindəki əsas mövzunu - Bakı haqqında xatirə, sərgüzəşt və ideyaların yenidən qiymətləndirilməsi təşkil edir. Bu onların yaşayıb-yaratdıqları doğma şəhərləridir. Azərbaycan paytaxtının təbiəti son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Bu dəyişikliklər özünü incəsənətdə də əks etdirir.

Azərbaycan incəsənətinin çoxcəhətliliyi

Sərgi Heydər Əliyev Fondu, “Bakı” jurnalı və Azərbaycanın Vyanadakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində baş tutub.  Bədii məsləhətçi cənab Emin Məmmədov bildirib ki, sərgi Azərbaycanın incəsənət sahəsində əldə etdiyi və xarici ölkələrdə nümayiş etdiriləcək ən yüksək nailiyyətləri özündə əks etdirir. Bu, təkcə müasir Azərbaycan rəssamlarının ölkədə baş verən dəyişiklikləri necə görməsini əks etdirmir, həm də xarici tamaşaçıları Azərbaycanın müasir imici ilə yaxından tanış edir.

Sərgidə təmsil olunan rəssamlardan biri olan Ağa Hüseynov 1991-ci ildə Nyu-Yorka mühacirət etmiş, bununla belə, Vətəni ilə sıx əlaqələri qoruyub saxlamışdır. Onun əl işləri, xüsusilə də, heykəltəraşlıq nümunələri SSRİ dövrünün həyatını əks etdirir. Ağa Hüseynovun hörülmə fiqurları və mexanizmləri SSRİ-nin rəsmi ideologiyasının mənasızlığını vurğulayır.  

Sərgidə təmsil olunan ən yaşlı rəssamlardan biri Məmməd Mustafayevdir. 1948-ci il təvəllüdlü rəssamın əl işləri sovet dövründə nümayiş olunmuş və müəllif Azərbaycanın Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. Onun əl işləri yüngül və yer-əsaslı olması ilə seçilir. Səbəb isə, rəssamın istifadə etdiyi materiallardan qaynaqlanır. Misal olaraq, həm yüngül və həm də son dərəcə davamlılığı ilə seçilən bambuk ağacını göstərmək olar. “Bakıya uçuş” sərgisi üçün Mustafayev 2 stolüstü lampadan hazırlanmış əl işi yaratmışdır. Bu iş laxlayan 50 yaşlı kitab rəfini, yaxud kainatın 2 günəşli qəribə modelini xatırladır.

Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub. Müsəlman aləmində ilk qız məktəbi Azərbaycanda yaranıb, Şərqdə ilk opera bizim ölkəmizdə səhnələşdirilib. Azərbaycanın paytaxtı Bakı müasirlik və qədimliyin sintezidir”

- Leyla Əliyeva

Faiq Əhməd sərgidə 2 xüsusi heykəltəşlıq nümunəsi ilə təmsil olunur. Bunlar, abstrakt incəsənət və ənənəvi xalçaçılıq sənətinin kəsişməsini təcəssüm etdirir. 1982-ci ildə anadan olmuş gənc rəssam şəxsi bədii imzasını yaratmışdır. Bu imza 2007-ci ildə iştirak etdiyi 52-ci Venesiya Biennale Sərgisində bəyənilmişdir. Onun ən sevimli yanaşmalarından biri müasir abstrakt formalarla metal, yaxud əsrlərin dəbini özündən birləşdirən rəngarəng xalçaların əlaqələndirilməsidir. Bu, keçmiş əsrlərin ideyalarının müasir dövrə yol tapmasını əks etdirən metaforadır.