Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Oktyabrın 27-də Londonda “Baku” beynəlxalq jurnalının geniş oxucu kütləsi üçün təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, jurnalın baş redaktoru Leyla Əliyeva iştirak edib.
Bu dəfə Londonun mərkəzində yerləşən və dünyanın ən iri müasir incəsənət qalereyalarından biri olan “The Opera Gallery” öz qapılarını bütün azərbaycansevərlər, Azərbaycan mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə maraqlananlar üçün açmışdı. Təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniya ictimaiyyətinin nümayəndələri, London elitasının nüfuzlu şəxsləri, lordlar, parlament üzvləri, incəsənət və mədəniyyət xadimləri iştirak edirdilər. Tədbirin keçirildiyi “The Opera Gallery”də məşhur rəssamlar Breynvaş və Riç Simmonsun əsərləri sərgilənir. Yeri gəlmişkən, Riç Simmons “Baku” jurnalının buraxılışları üçün materiallar üzərində işləyir.
Xatırladaq ki? “Baku” jurnalının ingilis dilində versiyasının ilk təqdimatı oktyabrın 4-də Londonun mərkəzi Pikadilli meydanı yaxınlığında yerləşən salonda keçirilmişdi. Lakin bu dəfəki təqdimat daha çox azərbaycansevərlərin bir araya toplaşmasına səbəb olmuşdu. “Vogue”, “Tatler”, “Vanity Fair” kimi məhşur jurnalların naşiri olan “Cande Nast” nəşriyyat evində işıq üzü görən “Baku” artıq ötən müddətdə Londonda və Birləşmiş Krallığın digər şəhərlərində xeyli populyarlaşıb. Britaniyanın, eləcə də dünyanın nüfuzlu “The Telegraph” qəzeti jurnalın ilk nömrəsinin Britaniya oxucularına təqdim olunmasını xüsusi hadisə kimi xarakterizə edib. Qəzetdə jurnalın baş redaktoru Leyla Əliyevanın sözlərindən sitat da gətirilir.
“The Opera Gallery”nin direktoru Jan-David Mala Azərbaycan jurnalistlərinə müsahibəsində deyib: “2007-ci ildən Rusiyada nəşr edilən “Baku” jurnalının ingilis dilində versiyası Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni səviyyədə kəşf olunmasında tarixi rol oynayır. Jurnal avropalı oxucunu qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl və müdrik ənənələri, mətbəxi ilə tanış edir, Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkədə həyata keçirilən mühüm layihələr barədə məlumatlandırır”.