Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.
Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində olublar.
1969-cu ildən fəaliyyət göstərən bu məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılıb. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır.
Leyla Əliyeva uşaqlarla söhbətləşdi, onlarla xatirə şəkli çəkdirdi.
Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim olundu.
X X X
Sonra Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəldilər.
Uşaqlarla görüşən Leyla Əliyeva onların yaşayış şəraiti ilə maraqlandı.
Uşaq evinin kollektivi ilə xatirə şəkli çəkdirildi.
Düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılıb, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa edilib, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılıb.
Leyla Əliyeva uşaq evinin sakinləri ilə çay süfrəsi arxasında söhbət etdi.
X X X
Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də olublar.
1930-cu ildə inşa edilən bu binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Leya Əliyeva valideyn himayəsindən məhrum uşaqlarla söhbət etdi.
Məlumat verildi ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər.
Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.
X X X
Leyla və Arzu Əliyevalar daha sonra Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evinə baş çəkiblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edildi.
X X X
Sonda Leyla Əliyeva və Arzu Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.
Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.
Daun sindromlu uşaqlarla söhbət edən Leyla Əliyevaya məlumat verildi ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdirlər. Assosiasiyanın nəzdində “Dəcəllər” teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.
Yaxın zamanlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcək.