Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Oktyabrın 5-də “YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsini təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Layihə haqda məlumat verən “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova bildirib ki, layihənin ərsəyə gəlməsi nəticəsində neçə illərdir işini dayandırmış Bakı məişət kondisionerləri zavoda bir canlanma görünməkdədir: “Məkan seçimi təsadüf deyil. Çalışmışıq ki, gənc rəssamlar həm yaradıcılıq sərbəstliyi ilə əhatə olunsunlar, həm də belə bir məkanda işlərini təqdim etsinlər”.
Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışıb.
“Zavod” layihəsi qeyri-muzey və alternativ məkanların seçilməsində “YARAT!” Müasir İncəsənət Məkanının yeni addımıdır.
Sərgi uzun illərdir fəaliyyətini dayandırmış Bakı məişət kondisionerləri zavodunda keçirilib. Layihədə 29 gənc rəssam və dizayner iştirak edib.
Zavodun transformasiyasında Anar Şəmsiyev, Ruslan Ağazadə, Arif Əmirov, Arzuman Mirzəsoy, Aydan Mirzəyeva, Ayna Musayeva, Butunay, Çingiz Mehdiyev, Elturan Məmmədov, Elvin Nəbizadə, Emin Əzizbəyli, Fəxri Qurbanlı, Fəridə Rəcəbova, Fərhad Fərzəliyev, Fidan Abdullazadə, Günel & Zak, Həbib Səhər, İrina Berezina, Lalə Qasım, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova və Ali Hüseyn Bağırov, Nəzrin Məmmədova və Diana Haciyeva, Samir Salahov, Səyyarə Neymətova, Vüsalə Abdullayeva və Zamir Süleymanov iştirak ediblər.
“Zavod” layihəsi “YARAT!” təşkilatı tərəfindən düşünülmüş və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.
Layihəyə “ARTIM” gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində “Bank Technique” ASC sponsorluq edir.
Sərgi noyabrın 15-dək davam edəcək.