Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin çıxışından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra Prezident Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs Qurani-Şərifə əl basaraq and içdi.
Prezident İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.