Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
İyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 27 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təmir və yenidənqurmadan sonra bağçadakı şəraitlə tanış olublar.
Uşaq bağçasının əvvəlki və hazırkı görkəmini əks etdirən fotostendlə tanışlıq zamanı məlumat verildi ki, ötən əsrin əvvəllərində yaşayış evi kimi inşa olunan, 1930-cu ildən uşaq müəssisəsi kimi fəaliyyət göstərən bağçada əsaslı təmir və yenidənqurma işlərinə 7 ay əvvəl başlanılıb. Qəzalı və yararsız vəziyyətdə olan binanın özülü qısa zamanda bərkidilib, dam örtüyü, fasadı yenilənib, bağçanın 750 kvadratmetrlik ərazisi təmizlənib, ikimərtəbəli bina tamamilə yenidən qurulub. Səksən yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb. Həyətdə yeni attraksionlar, oturacaqlar quraşdırılıb, bağçanın istilik sistemi təzələnib. Burada 3-6 yaş arasında 4 qrup vardır. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün xüsusi musiqi və rəqs zalları yaradılıb. Balacalarla 8 tərbiyəçi məşğul olacaqdır.
Mehriban Əliyeva uşaqların qidalanması, onların tibbi müayinəsi ilə maraqlandı. Məlumat verildi ki, burada balacaların keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib olunub. Bağçadakı yeməkxana, mətbəx, həmçinin tibb otağı, bütün yataq ləvazimatları yenilənib.
Sonra Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor və 2 xalça bağçaya təqdim olundu.
Görülən işlərdən razı qalan Mehriban Əliyeva və Leyla Əliyeva bağçanın kollektivi ilə xatirə şəkli çəkdirdi.