“Xocalıya ədalət” kampaniyası yeni aksiyaya başlayır
25/10/2013

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu faciə haqqında daha dolğun və əhatəli informasiyanın yeni, maraqlı və kreativ ideyalar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün öz təkliflərini təqdim etmək istəyən hər bir kəs kampaniyaya müraciət etməyə dəvət olunur.

Aksiyanın məqsədi Xocalıda baş verənlərin beynəlxalq səviyyədə soyqırımı kimi tanıtdırılması yolunda Xocalı faciəsi haqqında məlumatların dünya ictimaiyyəti arasında daha geniş yayılması və akademik səviyyədə görüləcək işlərin miqyasının artırılmasından ibarətdir. Aksiyada həm Azərbaycan, həm də əcnəbi vətəndaşların iştirakı mümkündür.

Aksiyaya dəstək olmaq və iştirak etmək istəyən hər kəs öz təkliflər paketini elektron şəkildə bu il dekabrın 15-dək [email protected] ünvanına göndərə bilər. Layihələr “Xocalıya ədalət” kampaniyasının mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və yekunda seçilmiş təkliflərin təşəbbüskarları ilə görüş keçiriləcək.