Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Oktyabrın 31-də III Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumun işində dünyanın 100-dən çox ölkəsindən olan qonaqlar iştirak edir.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə “dəyirmi masa”lar təşkil ediləcək: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.
Forumun məqsədi “dəyirmi masa”lar vasitəsilə dialoqun qurulması, vəzifəsi isə ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılmasıdır.