Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Noyabrın 3-də Heydər Əliyev Mərkəzinin səhnəsində Moskvanın “Helikon-Opera” Musiqili Teatrı artistlərinin ifasında İtaliya bəstəkarı Umberto Cordanonun “Sibir” operasının tamaşası göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanı seyr edib.
Tamaşanın rejissoru Moskvanın “Helikon-Opera” Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmandır.
İki pərdəli “Sibir” operası Lev Tolstoyun “Dirilmə” romanı əsasında yazılıb.
Tamaşanın premyerası 1903-cü il dekabrın 19-da Milanda La Skala teatrında olub.