Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimat mərasimi olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzuladığını deyib, yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Y.Qusman hələ ilk filmin çəkilişi zamanı ümummilli lider Heydər Əliyevin onlara böyük diqqət və qayğı göstərdiyini xatırladıb.
Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Filmə həm Azərbaycanda, həm də Rusiyada böyük marağın olduğunu vurğulayan Polad Bülbüloğlu onun daha da məşhurlaşacağına, uğur qazanacağına ümidvar olduğunu qeyd edib.
Filmin yaradıcı heyəti çəkilişlərə kömək etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim edib.
Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə, tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkiliblər.