Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
10 may... Görkəmli dövlət və siyasət xadimi, ümummilli liderin doğulduğu tarix. Onun üçünsə bu tarix, ilk növbədə, sevimli babasının doğum gunu idi...
Heydər Əliyev nəvələrini çox sevirdi, xüsusilə də Leylanı... Nəvəsinin onun üçün sevimli insan olan Zərifə xanım Əliyevaya çox bənzədiyini tez-tez təkrarlayardı. Leyla da, oz növbəsində, ünsiyyət saxlamaq üçün yaranan imkandan, asudə vaxtdan hökmən faydalanmağa çalışardı. O, babasını teatr, konsert və səfərlərdə böyük həvəslə müşayiət edirdi. Babasına yeni şeir və rəsmlərini bağışlayar, uğurları ilə onu sevindirməyə çalışardı.
Babasının itkisi ilə həyatında dərin bir boşluq yarandı və onun yoxluğu ilə hələ də barışa bilmir. O, babasından həmişə böyük məhəbbətlə söz açır, xatirə gecəsini təşkil edir və həmişəki kimi ona şeirlər yazır... Babasına həsr etdiyi bu şeirlərə dərin qüssə, kədər hakimdir və bu acı hər kəsin, hətta doğmalarının itkisi ilə hələ rastlaşmayan insanların belə, qəlbini göynədir.