IDEA İctimai Birliyi Gəncədə ağacəkmə aksiyası keçirib
01/12/2013

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Gəncədə “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” devizi ilə ağacəkmə aksiyası keçirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya zamanı 10000 ağac əkilib. Şəhərdəki Heydər Əliyev parkında keçirilən aksiyada minlərlə şəhər sakini iştirak edib. Aksiya çərçivəsində Eldar şamı, kiparis, şərq çinarı və digər ağaclar əkilib.