Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Plamin Orişarski, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, İtaliyanın xarici işlər naziri Emma Bonino, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın enerji nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, bp şirkətinin baş icraçı direktoru Robert Dadlinin çıxışlarından sonra sənədlər imzalandı.