Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub

Video

Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub

Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub
20/12/2013

Dekabrın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmiş “Meçta” uşaq kafesinin açılışı olub.

Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsdilər. Uşaqlara yeni il hədiyyələri təqdim edildi.

Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olmuşdur. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdi.

Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılıb.