Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Təmiz Şəhər” ASC-nin birgə həyata keçirdikləri “Hər kağızı bir yarpağa dəyişək” layihəsi davam edir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin struktur qurumları ilə birgə Penitensiar Xidmətin şəxsi heyəti layihədə iştirak edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsi və bütün tabe qurumların əməkdaşları istifadə olunmuş 6170 kiloqram kağız tullantıları toplayaraq, fevralın 13-də Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış məntəqələrə təhvil veriblər.