Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüş olub

Video

Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüş olub

Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüş olub
18/02/2014

Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüşüb. Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Monako Knyazı II Albert, Mehriban Əliyeva və Leyla Əliyeva əvvəlcə Mərkəzi gəzdilər.

Monako Knyazına Heydər Əliyev Mərkəzi haqqında məlumat verildi, qonaq burada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış oldu.

Mərkəzlə tanışlıqdan sonra Mehriban Əliyeva ilə II Albertin görüşü oldu. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edildi.

Sonda Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin “Bakı” və “Monako” adlı əsərləri hədiyyə olundu.