Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova sərgi haqqında məlumat verdi, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonra sərgiyə baxış oldu.
Rəssamın 5 əsərinin nümayiş olunduğu sərgi martın 20-dək davam edəcək.