Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Fevralın 23-də Təl-Əvivdəki “Şimon Peres Dünya Mərkəzi”ndə Xocalı faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə başlanmış “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş mərasim keçirilib.
Qeyd edək ki, kampaniya çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə İsrailin 10 şəhərində Xocalı faciəsini özündə əks etdirən fotosərgi keçirib. Fotosərginin açılış mərasimi bir il əvvəl Təl-Əviv Universitetinin Diaspor Muzeyində olub. Sonradan həmin fotolar Afula, Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv, Rehovat, Aşkelon, Akko və Loda şəhərlərində nümayiş etdirilib.
Bütün sərgilərdə onun keçirildiyi şəhərin rəhbərliyi, ictimai təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak edib, sərgi yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb.
Dağ Yəhudiləri Regional İctimai Xeyriyyə Fondunun dəstəyi ilə disk şəklində videofilm və sərgidən bəhs edən kitabça da buraxılıb.