Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Fevralın 26-da Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında rayon bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış abidənin açılışı olub.
Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Yasin Aktay, AKP-nin icraçı katibi Haluk İpek, Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə parlamentinin deputatları, mətbuat nümayəndələri və sakinlər iştirak ediblər.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı məktub oxunub, çıxışlar dinlənilib.
Sonra abidənin açılışı olub.