Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Martın 15-də Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” adlı sərgi açılıb.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silahları və zirehli geyimləri nümayiş olunur.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi layihələrdən söhbət açıb. O, Mərkəzin Azərbaycanda mədəni tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.
Anar Ələkbərov sərginin təşkilində əməyi olanlara, xüsusilə Avstriyanın Yoxanneum Muzeyinin rəhbərliyinə təşəkkür edib.
Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç “Silahların əfsanəsi” sərgisisinin Nyu-York, Vaşinqton, Kanada və Avropanın bir sıra ölkələrində nümayiş etdirildiyini xatırladıb. Onun sözlərinə görə, sərgidə Avropa ərazisində baş vermiş döyüşlərdə istifadə edilmiş silah və zirehli geyimlərdən nümunələr nümayiş olunur.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunur.