Heydər Əliyev Fondu kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib
18/03/2014

Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak edib.

Tədbirdə bayram münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri haqda məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.