Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihə aprelin 5-də başa çatıb.
Fevralın 3-dən başlanmış layihə çərçivəsində vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə xeyli miqdarda kağız təhvil veriblər. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı müqabilində bir ağacın əkilməsinə imkan yaranıb. Ümumilikdə, 3 ay davam etmiş layihə çərçivəsində toplanmış 78 min 810 kiloqram kağız məhsulu müqabilində 1 min 576 ədəd ağac alınıb.
Layihənin yekunu olaraq aprelin 5-də layihəyə dəstək göstərən dövlət qurumlarının, İqtisadiyyat və Sənaye Nazirliyinin və digər təşkilatçıların, həmçinin özəl müəssisə və fiziki şəxslərin iştirakı ilə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Balaxanı poliqonunun 5 min kvadratmetr ərazisi yaşıllaşdırılıb.