Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Bu günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Novosibirsk vilayətində səfərdə olub.
Səfər zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Novosibirsk Vilayət Dövlət Elmi Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilib. Kitabxananın direktoru Svetlana Tarasova hədiyyəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, Azərbaycan mədəniyyəti, musiqisi və tarixi haqqında kitabların kitabxananın fondlarına qiymətli töhfə olduğunu vurğulayıb.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından Rus-Azərbaycan Evinə də Azərbaycan haqqında kitablar və disklər hədiyyə edilib.