Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə marağı ilə əlaqədar dünyanın bir çox ölkəsini gəzmiş fotoqraf və rejissor Adrian Sternin “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgisi açılıb.
Sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində reallaşdırılıb.
Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə 35 əsər nümayiş etdirilir. Müəllif Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son 10 ildə Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.
Adrian Stern hazırda Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.