Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Video

Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
10/05/2014

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabanda olublar.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər.