Bakıda Gül bayramı keçirilib
10/05/2014

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilir.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Dövlət başçısı və ailə üzvləri güllərlə bəzədilmiş parkı gəzdilər, parka toplaşan uşaqlarla söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyev və xanımı Bakının müxtəlif ərazilərində yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə də tanış oldular. Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunmuş küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq. Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaq. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək.