Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Moskvanın Millətlər evində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə “Voroşilov atıcısı” intellektual oyunu keçirilib. Oyunda Moskva ali məktəblərinin Azərbaycan klublarını təmsil edən 23 komanda iştirak edib.
Oyundan əvvəl RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev yarış iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın salamlarını çatdırıb.
Daha sonra Azərbaycanın Moskvadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev çıxış ediblər.
Bir neçə turdan ibarət oyunda A.Yevdakimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin “Odlar yudu” komandası qalib gəlib. İkinci yeri İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin, üçüncü yeri isə Rusiya Dövlət Turizm və Servis Universitetinin azərbaycanlı tələbələri tutublar.
Qalib komanda finalda münsiflər heyətinin sədri, “Nə? Harada? Nə vaxt?” televiziya oyununun tanınmış azərbaycanlı iştirakçısı Rövşən Əsgərovla yarışıb. Qaliblərə “Voroşilov atıcısı” intellektual oyununun fəxri fərmanları və RAGB-ın pul mükafatları təqdim edilib.