Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fotoqraflarından olan Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomaninin çıxışından sonra sərgiyə baxış keçirilib. Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsər nümayiş olunur.
Klemen Sakkomani təmsil etdiyi şirkətin kitabını Leyla Əliyevaya təqdim edib.
Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu fotojurnalistikanın sütunu adlandırırlar. “Magnum photos” fotoagentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə alıb.
Anri Kartye-Bresson 2004-cü ildə vəfat edib. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.
Sərgi iyulun 27-dək davam edəcək.