Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunub

Video

Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunub

Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunub
31/05/2014

Mayın 31-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

“Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.

Əvvəlcə italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunub.

Daha sonra “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.

Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb.

Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.