Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı sosial-ekoloji müsabiqə elan edib. Müsabiqəyə ekoloji mövzuda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.
Layihənin həyata keçirilməsində məqsəd insanları ətraf mühitə dəyən ziyanlar barədə məlumatlandırmaq, ekoloji problemlərin həllinin vacibliyini gündəmə gətirmək və bu problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Ssenarilər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Təqdim olunan ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalıdır. Bir müəllif müsabiqəyə bir ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən olunan ssenarilər müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq ssenarilər arasından ən yaxşı 3 ssenarini seçəcək. İlk 3 yeri tutan ssenarilərin müəllifləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında, həmçinin IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial videoçarx hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini iyulun 15-dən sentyabrın 15-dək “Mənim eko hekayəm” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müəlliflər ssenari ilə yanaşı, özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.