Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində 20 ağac əkilib
16/07/2014

İyulun 16-da Heydər Əliyev Fondu və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Aksiya zamanı ümumilikdə 20 ədəd sərv, şərq çinarı və tut ağacı əkilib.

Aksiyada məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

“Ağacların kəsilməsinə yox” proqramı Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilməsi hallarının qarşısının alınmasını nəzərdə tutur.