Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir. Prezident və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış olublar.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Teymur Bünyadov, xalçaçı-rəssam, dosent Məmmədhüseyn Hüseynov, Xalça Muzeyinin direktoru Röya Tağıyeva da çıxış ediblər.
Daha sonra muzey ilə tanışlıq olub.
Sonda xatirə şəkli çəkdirilib.
Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyilə inşa olunmuş muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.