Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib.
Ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cıdır. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşülməsinə həsr olunub.
Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər, aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən işlər haqda çıxış edəcək.
Tədbir çərçivəsində Leyla Əliyevanın bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.
Konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctimai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.