Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva görüşü izləyənlər arasında olublar.
Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də görüşü izləyiblər.
Olimpiya test turniri adlandırılan yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış edib.
Sonra tamaşaçılar Azərbaycanın idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxıblar.
1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib.
Oyunlar başa çatdıqdan sonra yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edib. O, gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güləş idman növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.
Mərasimdə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirilib.
Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalanıb.
Mərasimdə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.