Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, 2015-ci ilin yanvarından etibarən 5-12 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət “Uşaqlar üçün ekoloji laboratoriya” adlı birgə layihəyə start verilib.
Layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək, gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdir.
“Kiçik ekoloqların” ətraf mühitin mühafizəsinə marağını daha da artırmaq və bu prosesi əyləncəli etmək məqsədilə, təlimlərin gedişində laboratoriya tədqiqatları aparılacaq, müxtəlif bilik yarışları və maraqlı oyunlar təşkil olunacaq.
“Uşaqlar üçün ekoloji laboratoriya”nın ilk təlimi yanvarın 17-də keçiriləcək və qlobal istiləşmə kontekstində buzlaqların əriməsi, dəniz suyunun səviyyəsinin qalxması, heyvanların miqrasiyası və bu hadisələrin təbiətə mənfi təsirinin qarşısının alınması yollarına həsr olunacaq.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlər IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlaya bilərlər.