Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında fevralın 23-də Azərbaycana səfər edib.
Səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə “Mavi Dəniz Fondu” tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Bir cinsin sonu” (End of the line) filminin ilk nümayişi keçirilib.
Nümayişdən sonra Çarlz Klover və “Mavi Dəniz Fondu”nun digər əməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva ilə görüşüblər. Görüşdə Xəzər dənizində ekoloji vəziyyət və onun faunasının mühafizə və bərpası məsələləri müzakirə edilib. Qonaqlara dəniz ətraf mühitinin mühafizəsi istiqamətində görülən tədbirlər və əldə olunmuş uğurlar haqda məlumat verilib. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin önəmini qeyd ediblər.