Bakı Atıcılıq Mərkəzinin açılışı olub

Video

Bakı Atıcılıq Mərkəzinin açılışı olub

Bakı Atıcılıq Mərkəzinin açılışı olub
09/03/2015

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilmiş bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir.

Mərkəzdə idmançılar və məşqçilər, həmçinin qonaqlar üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqlar üçün yüksək şərait yaradılıb.

Burada 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.