Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
Prezident və ailə üzvləri Əl-Həram məscidinə gəliblər.
Prezident İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandıblar, məsciddə namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti olub. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.
Sonra Prezident və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar.
Ümrə ziyarəti başa çatdıqdan sonra Azərbaycan Prezidentinə Əl-Həram məscidi haqqında ətraflı məlumat verilib.
© 2013 Leyla Əliyevanın rəsmi internet səhifəsi.
Bütün hüquqlar qorunur. İstifadə zamanı istinad vacibdir.